Balacaları həm əyləndirir, həm də iştahlandırır
Uşağınızın iştahası qaçıbsa, ona heç nə bəyəndirə bilmirsinizsə, marağını çəkəcək qidalardan istifadə edin. Sun.az sizə əyləncəli uşaq yeməyi hazırlamağın qaydasını təqdim edir.
Tərkibi:
Sosiska
Sosiskanın sayı qədərində xəmir
Hazırlanması:
İlk öncə sosiskaları 4-5 dəqiqə qaynadın. Sonra hazırlanmış xəmiri sosiskanın aşağısından yuxarıya doğru ilan kimi dolayın. Sosiskanın dörddə bir hissəsini açıq saxlayın. Yerdə qalan xəmirlə sosiskaya "papaq" qoyun. Daha sonra sosiskanın görünən hissəsinə 2 ədəd "göz" qoyun. Daha sonra sosiskaların hər birini azacıq yağlayın və xəmirin üzü qızarana kimi bişirin.