Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ətli lavaş piroqu

Ətli lavaş piroqu

Ətli lavaş piroqu




Tərkibi:

1 bağlama nazik lavaş
250-300 q qiymə
1 soğan
2-3 yumurta
ketçup
xama və ya mayonez
duz
istiot
ədviyyat
pendir

Qiyməni kotlet üçün hazırladığınız qaydada doğranmış soğan, duz-istiotla qarışdırın. Sonra lavaşların üzərinə nazik, bərabər qat çəkib 10-15 dəqiqə saxlayın. Bu müddətdə lavaş qiymənin şirəsini hopduracaq və daha elastik olacaq, bükəndə də cırılmayacaq. Lavaşları səliqəylə rulet kimi bükün.
Formanı yağlayıb ruletləri spiral kimi, yaxud yanaşı düzün (formanın ölçüsü və formasından asılıdır).
Yumurta, xama (mayonez), ketçup və ədviyyatı qarışdırın, duz vurun. Bunu lavaş ruletlərinin üzərinə bərabər qaydada tökün. Bu sous ruletləri tam örtməli, hətta 1-2 sm üzərinə çıxmalıdır. Çobada 30 dəqiqə bişirin. Hazır olmamışdan 5-10 dəqiqə əvvəl üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

Nuş olsun!








Ruhin от 17 oktyabr 2016 19:21
Görnuşu esas deyil dadaına baxmaq lazimdi amm gornuşce yaxşi görunur. Görun nenirsiz pişirin yeyek
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ