Tərkibi:
200 q düyü
400 q toyuq filesi
2 yerkökü
2 xiyar
1 soğan
3 yumurta
150 q kahı
150 q mayonez
şüyüd
Düyünü, toyuq ətini və yumurtanı ayrılıqda suda bişirin.
Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin. Bitki yağında qızardın.
Soğanla xiyarı xırda kubik doğrayın. Toyuq ətini də xırda doğrayın.
Kahı yarpaqlarını salat qabına düzün. Ərzağı arasına mayonez çəkməklə lay-lay düzün: düyü + toyuq əti + soğan + yerkökü + xiyar.
Sonuncu layı yumurtalarla bəzəyin. Yumurta sarısını əzin. Ağını isə uzun nazik doğrayın. Ağ hissədən "ləçəklər" düzəldin, ortasına yumurta sarısını topa qoyun. Şüyüddən isə güllərin "saplağını" düzəldə bilərsiniz.
* Salatda çiy soğan dadını sevmirsinizsə, onu yerkökü ilə birlikdə qızarda, yaxud da əvvəlcə üzərindən qaynar su axıdıb, sonra 30 dəqiqə sirkədə saxlayıb, sıxıb salata qata bilərsiniz.
Nuş olsun!