Ərzaqlar:
400 qr qiymə,
1 ədəd quru soğan,
3-4 diş sarımsaq,
Cəfəri, 1 yumurta,
3-4 dilim çörək içi,
Qara bibər,
Qırmızı bibər,
Duz.
Sousu üçün:
1 yemək qaşığı tomat pastası,
İsti su,
Duz.
Üzəri üçün:
Holland pendiri,
Beşamel sousu (Resepti “Digər” bölməsindən tapa bilərsiniz).
Hazırlanması:
Soğan, sarımsaq, cəfəri, yumurta kiçik-kiçik olacaq şəkildə doğranır. Qiymə dərin bir qaba qoyulur, doğradığımız vəsaitlər əlavə olunur. Qara bibər, qırmızı bibər, duz, çörək içi əlavə olunaraq ət yoğrulur. Kotlet ətindən bir miqdar götürülərək formaya salınır. 190 C əvvəldən isidilmiş sobada bişirilir. Üstləri yüngül qızardıqda sobadan götürülür. Beşamel sousu kotletlərin üzərinə əlavə edilir. Soba qabına 2 su stəkanı isti suda həll etdiyimiz tomat pastası tökülür. Üzərlərinə holland pendiri səpilərək sobaya yenidən qoyulur. Pomidor sousu qaynadıqdan və holland pendiri qızardıqdan sonra sobadan götürülür. Nuş olsun.