Qarpız qabığı – 1kq (Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür) şəkər tozu – 1,2kq vanilin – 0,5q və ya mixək limon turşusu – 1,2q və ya yarım limon
Hazırlanması:
Qarpız qabığının xaricindəki yaşıl hissələrini çox incə şəkildə soyun. İç tərəfindəki qırmızı qisimlərini çıxarın. Qabıqları arzu etdiyiniz şəkildə doğrayın və geniş bir qazana qoyun. Üzərinə 3 xörək qaşığı soda və 2 litr su boşaldıb, 1 gecə bu şəkildə saxlayın. Soda içərisində gözlətdiyiniz qabıqları çıxarıb su ilə yaxşıca yuyun. Qabıqları qazana töküb ,üzərini keçəcək qədər su əlavə etdikdən sonra 15-20 dəqiqə qədər qaynadın və süzün. Bir qazana, şəkər tozu və 2 su stəkanı su töküb qaynadın.Qaynadıqdan sonra, qaynadılmış qarpız qabıqlarını, mixək və vanili əlavə edib, yumuşalana qədər bişirin. Şirəsi qatı şərbət konsistensiyasını alınca (konsistensiyasını anlamaq üçün, suyundan bir damla alaraq soyuq bir qabın üzərinə damladın, damla top olaraq dayanırsa mürəbbə konsistensiyasına gəlmiş deməkdir) üzərinə yarım ədəd limon suyunu əlavə edin və 3-5 dəqiqə daha qaynatdıqtan sonra ocağın altını söndürün. Qarpız mürəbbəsini ilıq olaraq qablara boşaldın və soyuyanda qapağını möhkəmcə bağlayın.