Dönər-kabab resepti
Tərkibi:
300 q kələm (qırmızı və ağ)
100 q kahı
1 təzə xiyar
1 böyük soğan
4 pomidor
duz, istiot
1 qırmızı bibər
2 xörək qaşığı ovxalanmış bulyonu kubiki
500 q ət
5-6 xörək qaşığı yağ
1 təndir çörəyi
Hazırlanması:
Qırmızı və ağ kələmin yarpaqlarını, xiyarı nazik-nazik doğrayın, sonra ovxalanmış bulyon kubikini üstünə tökün və qarışdırın.
Pomidorları və soğanı doğrayın.
Yağı tavada isidin, əti qızardın, soğanı əlavə edin və qarışdırın.
Zövqə görə duz-istiot qatın, əti xırtıldayan olana qədər qızardın.
Çörəyi 4 hissəyə uzununa kəsin, bir qədər qızardın.
Süfrəyə verilmə:
Çörək isti olarkən onu ət və qalan inqrediyentlərlə doldurun.
Kababın üzərinə ənənəvi türk sarımsaqlı qatıq tökün
Etiketlər: qızardın, nazik, ovxalanmış, doğrayın, soğanı, qədər, qaşığı, tökün, qarışdırın, istiot, qırmızı, xörək, uzununa, kəsin, hissəyə, Süfrəyə, Çörəyi, xırtıldayan, olana, verilmə.
Nuş olsun!