Tərkibi:
Hər payına:
270 qr qoyun əti,
62 q qoyun böyrəyi,
60 q baş soğan,
40 q göy soğan,
5 q kərə yağı,
10 q cəfəri,
3 q sumaq,
istiot,
duz.
Hazırlanması:
Belin böyrək hissəsinin əti soyulub azacıq yastılanır və bundan bir tikə kəsilib dörd yerdən yarılır. Böyrəklə isə pərdədən azad edilib yuyulur. Ət böyrəklələ birlikdə şişə taxılıb duzlanır və üstünə yağ çilənərək manqalda kömür üzərində qızardılır. Süfrəyə verilən zaman yanına adi tikə kabab üçün olduğu kimi göyərti qoyulur.
Nuş olsun!