Kəsmik- 300 qr Xama – 150 qr Şəkər tozu- 2 stəkan Jelatin – 1 stəkan Süd – 100 ml Konservləşdirilmiş şaftalı Banan – 1 ədəd Kivi – 1 ədəd
Hazırlanması
Kəsmiyə xama və şəkər əlavə edin və blendrlə çalın.Meyvələri təmizləyin və halqa formasında doğrayıb 4 yerə bölün.Jelatinə süd qatıb şişməyini gözləyin.Sonra jelatini odda tam əriyənə qədər qızdırın. (qaynamamaq şərti ilə).Kəsmikli qarşığın üstünə əlavə edib yaxşı qarışdırın. Formaya bir sıra meyvə düzün.Kəsmikli qarışıqdan əlavə edin.Sonra yenə meyvə düzün və qarışıq əlavə edin və təkrarlayın.Son qat kəsmikli qarışıq olmalıdır.Üzərinə bəzək üçün xırdalanmış şokolad dənələri tökə bilərsiniz.Soyuducuda 30 dəqiqə saxlayın.
Nuş olsun!
Kəsmikli meyvəli desert, desert sevənlər üçün fürsətdir.