Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şokolad sevənlər üçün ləzzətli sufle resepti

Şokolad sevənlər üçün ləzzətli sufle resepti

Şokolad sevənlər üçün ləzzətli sufle resepti

Lazım olan ərzaqlar:

1.5 su stəkanı şəkər tozu
80 qram acı şokolad
1.5 yemək qaşığı kərə yağı
Yarım su stəkanı kakao
1 su stəkanı süd
3 yemək qaşığı un
4 ədəd yumurta
Bir çimdik duz


Hazırlanması:
Yumurtanın ağını və sarısını ayırın. Dörd keks qabının içini yağlayıb şəkər tozu səpin. Acı şokoladı rəndələyin. Rəndələnmiş şokolad ilə birlikdə şəkər tozunu və kakaonu qarışdırın. Kərəyağını qazanda əridib unu əlavə edin.

Un çəhrayılaşmağa başlayana kimi südü az-az və davamlı qarışdıraraq əlavə edin. Rəndələnilmiş şokoladlı, kakaolu və şəkərli qarışığı əlavə edib qarışdırmağa davam edin. 2-3 dəqiqə sonra yumurta sarılarını əlavə edin. Vam odda 3-4 dəqiqə bişirin. Qazanı ocaqdan götürüb soyumağa qoyun. Yumurta ağlarına bir çimdik duz əlavə edib ağarana kimi çırpın.

Bunu şokoladlı qarışığa əlavə edərək qaşıqla söndürmədən qarışdırın. Qarışığı keks qablarına paylaşdırın. Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada15 dəqiqə ərzində bişirin. Sobadan götürüb şəkər pudrasini səpin. İstəsəniz mövsümə uyğun meyvəylə də bəzəyə bilərsiniz.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ