Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Giləmeyvəli tart

Giləmeyvəli tart

Giləmeyvəli tart


Tərkibi (6-8 pay):

xəmir:


350 q un (yaxud 250 buğda unu + 120 q badam unu)
150 q yağ
100 q şəkər pudrası
2 yumurta
1 çimdik duz
Dadlandırmaq üçün 1 ç.q. konyak, yaxud rom, 0,5 limonun şirəsi və sedrasından istifadə etmək olar (sevmirsinizsə, vacib deyil). Zövqə görə aşağıdakı kremlərdən birindən istifadə edə bilərsiniz:

1. krem:

250 q kəsmik
2 x.q. süd
3 x.q. şəkər tozu
1/2 ç.q. vanil cövhəri

2. krem

250 q maskarpone
2 yumurta
50 q şəkər pudrası

əlavə:

giləmeyvə (istənilən)
giləmeyvəli jele

Xəmir:
Un, şəkər tozu və duzu qarışdırın, kərə yağını əlavə edin. Ovuntuq alınanadək əlinizlə qarışdırın, yumurtaları bir-bir əlavə edin (istifadə edəcəksinizsə, konyak, rom, yaxud limonu da qatın), əlüstü xəmir yoğurub kündələyin, plyonkaya büküb soyuducuda yarım saat - 1 saat saxlayın. Bu xəmiri uzun müddət yoğurmaq olmaz - əlinizin istisindən yağ əriyəcək və bişəndə çox bərk olacaq.
Soyumuş xəmiri soyuducudan çıxarıb yayın, formaya qoyun, kənarlarını qaldırın, 200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. Qızılı rəng alanda çıxarın. Əgər çox bişirsəniz, bərkiyəcək.

İç:
Birinci krem üçün olan ərzağı mikserlə qarışdırın. Korjun üzərinə çəkin. Giləmeyvələri düzün. Giləmeyvə üçün jeleni qablaşdırmasında yazılan qaydada hazırlayıb giləmeyvələrin üzərinə gəzdirin. Tartı soyuducuda bir neçə saat saxlayın.
İçinci variant:
Yumurtaların ağıyla saırısını ayırın. Sarılarını qəkər pudrası ilə ağarıncayadək mikserlə çalın. Maskarponeni əlavə edin. Yumurta ağlarını ayrıca çalın. Maskarponeli qarışığa əlavə edin. Korjun üzərinə çəkib üzərinə giləmeyvələri düzün.
Hər iki kremə limon, yaxud portağal sedrası qatmaq olar.

Nuş olsun!








Prinsesa от 16 iyul 2016 19:41
Dadalı görsənir nyam nyam çox sağol)
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ