Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şuba salatı resepti

Şuba salatı resepti

Şuba salatı resepti


Tərkibi:
dəniz kələmi – 2 banka
çuğundur – 2 ədəd (orta)
kök – 3-4 ədəd
kartof – 5 ədəd (orta)
pendir – 200 qr.
duz – 1,5 çay qaşığı
xama – 400 qr.
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar)
6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

Hazırlanması:
Tərəvəzləri qaynadın.
Orta ölçülü dayaz qaba 3 kartofu sürtgəcdən keçirib bərabər halda nazik yayın.
Üstündən kələmin 2/3 hissəsini yayın. Sonra pendirin 2/3 hissəsini töküb ehtiyatla bərabər yayın. Pendiri azca duzlayıb üzərindən 2 ədəd kök sürtgəcdən keçirin. Duz qatılmış xamanın 1/3 hissəsini kökün üstündən yayın.
Yenidən kartof və kələmin qalığını tökün. Pendir sürtgəcdən keçirib azca duzlayın. Pendirin üstündən kök tökün.
Salatın hər tərəfini çuğundur vurub, sonda xama və ya mayonez tökün.
Bir neçə saatlıq soyuducuya qoyun.

Nuş olsun!








SENINEM от 14 iyul 2016 16:13
COXXX GOZEL OLUR YEMIWEM SAGOL CANIM XEBER CUNUN wink
--------------------
yoxduu
Prinsesa от 16 iyul 2016 21:44
-Ən çox sevdiyim salatdı çox sağol )
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ