Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Badımcan küküsü

Badımcan küküsü

Badımcan küküsü


Tərkib:

10 ədəd yumurta
4 ədəd badımcan
100 qr qoz ləpəsi
2 ədəd baş soğan
1 dəstə keşniş
1 dəstə şüyüd
½ dəstə göy soğan
100 qr kərə yağı
Duz, istiot

Hazırlanması:

Yumurta çırpılır. Baş soğan sürtgəcdən keçirilir. Göyərti xırda doğranır.Qoz ləpəsi döyülür. Badımcanın qabığı soyulur, ət maşınından keçirilib acı suyu sıxılır. Badımcanın üzərinə qoz, soğan, göyərti, yumurta əlavə edilir, duz, istiot səpilib qarışdırılır. Tava qızdırılır, yağ əlavə edilir.
Yağın üzərinə badımcan-yumurta qarışığı tökülüb yayılır. Kükü zəif odda hər iki tərəfli qızardılır. Hazır kükü istənilən formada kəsilib süfrəyə verilir.








Prinsesa от 17 iyul 2016 23:31
Yuh bunuda küküsün yaratdılar :D çox sağol)
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ