Kartoflu sadə Börək TərifiVəsaitlər:2 ədəd yuxa
4 ədəd böyük kartof
2 xörək qaşığı maye yağ (Qoymasanızdə olar)
1 tutam cəfəri
1 disert qaşığı duz
1 çay qaşığı təzə üyüdülmüş qara bibər
Sousu Üçün:1 stəkan su
Yarım stəkan maye yağ
Hazırlanması:Kartofları qaynadın. Qabıqlarını soyub, dərin bir qabın içinə qoyun. Duz, qara bibər, incə doğranmış cəfəri ilə 2 xörək qaşığı maye yağ qoyaraq qarışdırın.
Yuxaları üst üstə qoyun və ortadan ikiyə qatlayın.
Maye yağ və suyu yaxşıca qarışdırın.
Yarım yuxanı düz yerə qoyub, maye yağlı qarışıqdan qaşıqla yuxanın üzərinə gəzdirib fırça ilə hər yanını isladıb, kənarlarından bir miqdar içə doğru bükün.
Hazırladığınız kartofdan yuxanın geniş qisiminə qoyub, rulet kimi bükün.
Digər yuxaları da eyni qaydada da büküb, 1 barmaq genişliyində kəsin.
Yağlanmış tavaya düzüb, və qalan yağlı qarışığı börəklərin üzərinə səpib əvvəlcədən isidilmiş 200 dərəcədə üstü qızarana qədər bişirin..
Nuş olsun!