Albalının faydaları saymaqla bitmir.
Evdə albalı suyu hazırlamaq istəyirsinizsə, lunar.az-ın təqdim etdiyi reseptdən yaralanın.
Hər yeməkdə qəbul edə biləcəyiniz albalı suyu
Albalı suyu üçün vəsaitlər:
1 kilo albalı
su
3 stəkan şəkər
1 limonun suyu
Albalı suyunun hazırlanması:
Çəyirdəyini təmizlədiyiniz albalıları bir qazana tökün və üstünə çıxacaq qədər su əlavə edin. Qazanı ocağa qoyub albalıları qaynadın. Albalılar çatlamağa başladığı zaman ocağı söndürüb ən az 1 saat albalının rəngini dəyişməsi üçün gözlədin.
Sonra albalını süzüb suyunu ayrı bir qazana alın və süzülən albalı suyunu təkrar ocağa alıb qaynadın.
Şəkər və limon suyunu əlavə edib qarışdırın və üzərində yığılan köpüyü alın və qaynatmağa davam edin.
Ocağın üzərindən aldıqdan sonra soyumağa buraxın.
Soyuq və bəkməz halına gələn qarışığı şüşə qablara yığıb, ağzını bağlayıb, günəş görməyən yerdə saxlayın.
Servis edən zaman soyuq su əlavə edərək albalı suyunuzu istifadə edə bilərsiniz.