Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Asan hazırlanan kəsmikli keks

Asan hazırlanan kəsmikli keks

Asan hazırlanan kəsmikli keks




Ağartı məhsulları kalsium bolluğuna görə hər zaman mütəxəsislər tərəfindən yeyilməsi tövsiyyə edilir. Qatıq, şor, kəsmik və s kimi vitaminli bu məhsullar orqanizm üçün çox faydalıdır. Xüsusəndə kiçik yaşda uşaqlara yeyilməsi vacib olan ağartı məhsullarını adi halda yeyə bilmirsinizsə onlardan müxtəlif şirniyyatların tərkibində istifadə edə bilərsiniz. Bu cür şirniyyatlar səhərlər yemək yeməkdən imtina edən uşaqlar da sevərək yeyəcək.

Bu cür keks reseptlərdən birini ANS PRESS sizə təqdim edir:

Lazım olan ərzaqlar:

200 q şəkər tozu
3 ədəd yumurta
150 q kərə yağı
200 q un
4 xörək qaşığı qara üzüm (kişmiş)
200 q kəsmik
1 çay qaşığı qabartma tozu.

Əvvəlcə yağı əridin. Yumurta ilə şəkər tozunu qarışdırıb, yaxşıca çaldıqdan sonra üzərinə, kəsmik, yağ və qabartma tozunu əlavə edə bilərsiniz. Davamında qarışdıra-qarışdıra unu da üzərinə əlavə edin.
Xəmirə yuyub, qurutduqdan sonra üzümləri əlavə edərək, kəsmikli xəmirdən az-az götürüb, kağız formalara əlavə edin. 180 dərəcə temperaturda qızdırılan sobaya qoyub, 15-20 dəqiqə bişirin.
Ən sonda üzərinə şəkər kirşanı əlavə edib, doğmalarınızla nuş edin.









asif.abasov от 17 iyun 2016 13:26
maraqli bir weye oxwayir.hazirlayanlara nuw olsun:)
LoVe Fire от 17 iyun 2016 14:47
Hazirlayacam )paylawdigincun sagol ellerina saxliq.
--------------------
SENINEM от 17 iyun 2016 15:31
gozeldi bisirecam saol
--------------------
yoxduu
Inara от 17 iyun 2016 16:04
gozel bir keks benziyir mamiya deyecem bisirsin
Delibal от 18 iyun 2016 13:23
buyurun təşəkkürlər
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ