Tərkibi:
250 q kərə yağ (otaq temperaturunda),
1 stəkan maye yağ,
2 yumurtanın sarısı (ağını üzərinə),
7 yemək qaşığı şəkər,
1 paket qabartma tozu,
1 paket vanilin,
1 yemək qaşığı limon suyu,
2,5-3 stəkan qədər un,
İçi üçün:
Krem şokolad,
Üzəri üçün:
Yumurtanın ağı və yetəri qədər çəkilmiş fındıq
Hazırlanması:
Bütün ərzaqları qatıb yumşaq xəmir yoğurun.
Qozdan böyük kündələr qopardıb ovuc içində açın və çay qaşığı ilə içinə krem şokolad qoyun.
Xəmirin ağzını bağlayın.
Əvvəlcə yumurta ağına , sonra isə fındıq əzməsinə batırın.
170 dərəcədə üstü qızarana qədər bişirin.
Bu kurabiyəni krem şokolatsız da hazırlamaq olar.
Not:
Xəmirin unu çox olarsa içini qoyduqdan sonra rahat birləşməz.
Ona görə də unu az-az qoymaq lazımdır.
Nuş olsun