Tərkibi:
1 paket toz krem şanti,
1 stəkan süd,
1 ədəd banan,
1 stəkan qatıq,
1 yemək qaşığı bal,
Hazırlanması:
1 paket toz krem şantiyi 1 stəkan südlə açın. Bananı soyun.
Soyduğunuz bananı bir qaba doğrayıb blendirlə qarışdırın ki, içərisində əzilməmiş banan qalmasın.
Krem şantiyə bananı da əlavə edib yenidən blendirdə yüksək sürətlə çırpın.
Sonra qatığı və balı da əlavə edin.
Mikserlə aşağı sürətdə çırpın.
Meyvənin aromasının qatığa keçməsi üçün ən azından soyuducuda 2 saat saxlayıb çıxardın.
Eynı tərifi mövsümə görə çiyələk, ya da başqa meyvələrlə də hazırlaya bilərsiniz.
Nuş olsun!