Alma Ərik cemi Qat-qat xəmir Limon Darçın Almanı yarım saat limonlu suda saxlayın. Daha sonra dilimləyib 3 dəqiqə mikrodalğalı sobaya qoyun ki, yumşalsın. Qat-qat xəmirin donu açıldıqdan sonra üzərinə cem çəkin, alma dilimlərini üzərinə düzün. Üzərinə darçın səpin.
45 dəqiqə 190 dərəcə temperaturda bişirin. Hazır olanda üzərinə şəkər kirşanı səpin. Bu desertin ətri belə insanı məst edir.