Bu resept vaxtı olmayan və təmbəl xanımlar üçün əsil tapıntıdır. Bu çox yaxşı üsuldur, evdə yeyilməyən giləmeyvə və meyvələr istifadə olunur, üstəlik digər inqrediyentlər o qədər sadədir ki, hamının mətbəxində var.
Möhtəşəm və ucuz resept cəmi 30 dəqiqəyə hazır olur.
İnqrediyentlər
Yumurta 2 ədəd
Şəkər tozu 250 qr
Günəbaxan yağı yarım stəkan
Un 2.5 stəkan
Süd 1 stəkan
Çiyələk 300 qr.
Vanil
Soda
Soda 1 çay qaşığı
Hazırlanması:
Una soda və vanil əlavə edin. Yumurtanı şəkərlə çalın, süd , yağ, un ilə qarışığı əlavə edin və yaxşı qarışdırın. Soba qabını yağlayıb, yazır sıyıq xəmiri soba qabına böçaldın, üstündən də çiyələyi(istədiyiniz giləmeyvə və yumuşaq meyvə olar)doğrayıb, səliqə ilə yerləşdirin. 180 dərəcədə 30 dəqiqə bişirin. Piroqunuz hazırdır!
Nuş olsun!