Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Evsayağı kumpir resepti

Evsayağı kumpir resepti

Evsayağı kumpir resepti



Tərkibi:
Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar)
Kök – 1 ədəd
Yumurta – 2 ədəd
Xiyar turşusu – 1 ədəd
Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram
Qarğıdalı (konservləşdirilmiş) – 60 qram
Pomidor – 1 ədəd
Mayonez
Xama
Duz
İstiot
Zeytun yağı
Holland pendiri və ya ağ pendir də ola bilər

Hazırlanması:
Kartof, kök və yumurta təmiz yuyulur, bişməyə qoyulur. Bişdikdən sonra kök, yumurta ağı, xiyar, pomidor xırda-xırda doğranılır. Noxud və qarğıdalı yuyulur, suyu süzülür. Bütün bunlar mayonez və xama ilə qarışdırılır. Zövqə görə duz və istiot əlavə edilir. Kartoflar ehtiyyatla iki hissəyə ayrılır, içləri ovulur. Sonra pendir sürtgəcdən keçirilir və ovulmuş kartofla qarışdırılır. İçərisinə bir az duz və istiot əlavə edilir. Daha sonra kartofun içinə əvvəlcə pendirli kartof, sonra isə salat yığılır. Üzərinə də holland pendiri səpilir. Mən isə üzərinə holland pendiri səpmədim və ağ pendirlə hazırladım. Sonra kumpirlər zeytun yağı ilə yağlanmış formaya qoyulur və əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirilir. Bişdikdən sonra istədiyiniz kimi bəzəyib servis edə bilərsiniz.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ