Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Düyü ilə kəsmikli piroq resepti

Düyü ilə kəsmikli piroq resepti

Düyü ilə kəsmikli piroq resepti


Tərkibi:

3 st un
200 q kərə yağı
200 q xama
1 st şəkər tozu
1 ədəd yumurta
1 ç.q soda
ç.q ucunda duz

İçlik üçün:

500 q kəsmik
7-8 ədəd yumurta
200 q kərə yağı
1/2 st uzun düyü.

Hazırlanması:

Əvvəlcə xəmirini hazırlayaq. Dərin bir qabda un ilə yağı ovuruq. Yumurtanı, duzu və soda ilə xamanı qarışdırıb unun üstünə əlavə edib yaxşı qarışdırırıq.
Şəkər tozunu əlavə edib qarışdırırıq.Şəkər tozunu qarışdırdıqdan sonra yumşaq xəmir kimi olacaq.

İçlik üçün balaca qazanda suya duz töküb qaynadırıq. Qaynayan kimi düyünü yuyub suya töküb qarışdırırıq. Tam bişməmiş düyünü süzürük üstünə soyuq su gəzdiririk. Qoyuruq tamam suyu süzülür və soyuyur. (düyünü aşda (plovda) olduğu kimi süzürük )
Kəsmiyi əzib üstünə kərə yağını sürtgəcdən keçirib qarışdırırıq.Kəsmiyin üstünə yumurtaları sındırıb yaxşı qarışdırırıq.Bişmiş düyünü əlavə edib yavaş qarışdırırıq.

Xəmiri iki hissəyə bölürük altı üçün olan xəmiri o birindən böyük götürürük. Diametri 28 sm olan qabı yağlayıb böyük kündəni əlimizi unlayıb xəmiri yayırıq. Xəmir qabın yanlarına çıxmalıdır ki içlik tökülməsin. İçliyi xəmirin üstünə tökürük.
Balaca xəmiri unlayıb yayırıq. Bu xəmir bir az çətin yayılır ələ yerə yapışır.
Əgər çox yapışsa un əlavə edib bir az bərkidirik. Sonra əliniz ilə yumru qabın ağızı boyda yayırıq.Yaydığımız xəmiri içliyin üstünə ehtiyatla qoyub yanlarını bərkidirik. 170 dərəcə qızdırılmış sobada 40-50 dəqiqəyə bişiririk. Qabda soyuyub ilıq olanda çıxarıb başqa düz qaba qoyuruq. Tam soyuduqdan sonra doğrayıb süfrəyə verə bilərsiniz.

Nuş olsun!








BANDITKA от 31 may 2016 17:11
tewekkurler xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ