3 yumurta
1 st şəkər tozu
1 armudu st. süd
1 armudu st. duru yağ
1st yarım un
Vanil
Qabartma tozu
3 yumurtanı mikserin ən yüksək gücü ilə çırpırıq. Köpüklənməyə başlayanda şəkər tozunu yavaş-yavaş tökürük. Minimum 5-7 dəqiqə qaymaq kimi olana qədər çalırıq. Sonra mikseri ən aşağı gücə salırıq, damcı-damcı südü tökürük. Yenə, damcı damcı yağı tökürük. Çalırıq tam qarışsın.
Vanil və qabartmanı una qatırıq az-az ələyirik içinə. Ancaq mikserlə deyil çırpacaqla yavaş-yavaş qarışdırırq un tam həll olsun. Astaca qarışdırırıq.
Yağlanmış formaya tökürük bişsin.
Şokoladlı içlik üçün:
1 x.q. un
1x.q. nişasta
2.5 st süd
1 paket kakao (25 qr)
Asta odda bunları bişiririk. Sousu soyumağa qoyuruq. Keksi şəkildəki kimi kəsirik. İçini oyuruq və soyumuş içliyi tökürük. 1 paket plitka şokoladı benmare üsulu əridib, yarısını içliyin üstünə tökürük. Sonra keksin üstünü qoyuruq və şokoladın qalanını töküb zövqə görə bəzəyirik. 30 dəqiqə soyuducuda saxlayın. Nuş olsun!