Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gözaltı problemlərdən bunlarla xilas olun

Gözaltı problemlərdən bunlarla xilas olun

Gözaltı torbalar və qara ləkələr bir çox qadının qüsursuz gözəlliyinə kölgə salan problemlərdəndir. Gözaltı bölgədəki bu xoşagəlməz amillərə allergiya, günəş şüaları, yaşlanma və xroniki yorğunluq səbəb olur. Lakin kosmetoloqlar müəyyən qaydalara əməl edərək, bu problemdən xilas olmağın mümkünlüyünü bildirib.


Lunar.az xarici mətbuata istinadən bu problemlərdən xilas olmağın metodlarını təqdim edir:

1. Yuxu vərdişinizi dəyişdirin
Yatarkən arxası üstə və düz uzanın. Üzüstə, ya da yan tərəfə yatmaq göz altına maye yığılmasına səbəb olur. Aldığınız yuxu miqdarı da vacibdir. Hər gün ən az 8 saat yatmalısınız. Əgər bu rejimlə davam etsəniz, fərqi dərhal görə bilərsiniz.

2. Kiçik çay paketlərindən istifadə edin
Bahalı üz müalicələrini unudun. Mətbəxinizdə olan kiçik çay paketlərini gözləriniz üçün istifadə edə bilərsiniz. 5 dəqiqə dəmlənir və soyuduqdan sonra 20 dəqiqə gözlərinizə qoya bilərsiniz. Kafeinli çayın tərkibində qan axını artıran antioksidanlar var. Günəş işığından və qocalma əlamətlərindən də qoruyur. Daha təsirli olması üçün yaşıl çayı seçin.

3. Soyuq süd kompresi
Bu üsul göz kremi qədər təsirlidir. Gözaltına çəkilən soyuq süd qan damarlarını müvəqqəti olaraq daraldır. Bu, su ilə də edilə bilər. Lakin süd ilə edildikdə dəri daha parlaq olur. Bu da südün tərkibindəki A vitamini sayəsindədir. Gündə iki dəfə göz altına çəkin və 10 dəqiqə saxlayın.

4.Hind qozu yağı
Bu yağ gözaltı nahiyədə təmizləyici və nəmləndirici kimi istifadə edilə bilər. Gözlərinizin altındakı qara ləkələrdə möcüzə yaradır və aradan qaldırır. Gözaltı qırışların da qarşısını alır. Kiçik miqdar tətbiq edin, yumşaq formada ovuşdurun və sabaha qədər saxlayın.

5.Yatmazdan əvvəl makiyajı düzgün təmizləyin
Makiyajla yatmaq dəri üçün olduqca ziyanlıdır. Ən dəhşətlisi budur ki, bəzi insanlar makiyajı təmzilədiyini zənn etsə də əslində üzdə qalır. Heç vaxt tuş və göz layneri ilə yatmayın. Makiyajı dərinizi incitmədən, yumşaq formada silin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ