Sızanaqlardan qurtulmaq üçün bir də bunları yoxlayın
Dəridə yaranan problemlərdən biri də sızanaqlardır. Onlardan ev şəraitində hazırlanan məhlullarla xilas olmaq mümkündür. Lunar.az Axşam.az-a istinadən qüsursuz dəriyə sahib olmaq üçün 2 maskanı təqdim edir: Limon və yumurtadan hazırlanan maska Çırpılmış yumurta ağının üzərinə bir çay qaşığı limon suyu əlavə edin. Alınan məhlulu 10 dəqiqə üzünüzdə saxlayın. Daha sonra isə ilıq su ilə üzünüzü yuyun. Portağal, bal və qatıqdan hazırlanan maska Portağalın qabığını qurudun, daha sonra isə onları toz halına salın. Kasaya 2 xörək qaşığı portağal tozu, 2 xörək qaşığı qatıq və 1 xörək qaşığı bal əlavə edin. Alınan maskanı üzünüzə vurduqdan sonra 25 dəqiqə gözləyin. Sonra isə soyuq su ilə dərinizi təmizləyin. Məhlulu həftədə iki dəfə istifadə edə bilərsiniz.