Təbii üsulla qalın qaşlara necə sahib olunur? – 6 QIZIL QAYDA
Son zamanlar qalın qaşlar dəbdədir. Estetik müdaxilə ilə yanaşı, həm də təbii üsullar qaşları qalınlaşdırmaq mümkündür. Beləliklə, ev şəraitində təbii üsullarla qaşları qalınlaşmasını təqdim edirik: Ekzotik yağ qarışımı Hind, avakado və kakos yağlarını qarışdırıb həm qaşları, həm də kiprikləri qalınlaşdırmaq mümkündür. Vitamin tərkibli gel 1 çay qaşığı aloe geli, 2 çay qaşığı kakos yağı və 2 kapsul E vitamini ilə qaşları hamar, parlaq və güclü etmək olar. Limon suyu Qaş və saçların uzanması üçün limon suyu vacib vitamin və antioksidan mənbəyidir. Həmçinin, limon suyu qaşlara nəzərə çarpacaq dərəcədə parlaqlıq qazandırır. Süd maskası Tam yağlı süddə isladılmış pambığı qaşlara sürtməklə, tükü qırılmalardan qorumaq mümkündür. Südün qurumasını gözlədikdən sonra ilıq su ilə yuya bilərsiniz. Yumurta sarısı Yumurta sarısı qaş tüklərini gücləndirir və qalınlaşmasına səbəb olur. 20 dəqiqə gözlədikdən sonra qaşlarınızı yuya bilərsiniz. Soğan suyu Kiçik soğanın suyunu qaşlara sürtüb, 5 dəqiqə masaj edin. Daha sonra soyuq su ilə yumağınız məsləhət görülür.