Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dəriniz çatlayır, soyulur, yağlanırsa... BALLI MASKALAR
  • Facebook
  • Twitter
  • ► Qadın / Qadın gözəlliyi / Qadın sağlamlığı
  • Baxis 1 380
  • 12-02-2018, 18:32

Dəriniz çatlayır, soyulur, yağlanırsa... BALLI MASKALAR

Qədim zamanlardan bəri kəsik, yanıq və digər yaraların müalicəsində istifadə olunan bal eyni zamanda antibakterial xüsusiyyətlərə sahibdir. Buna görə də sızanaq üçün olduqca təsirli təbii vasitədir. Həmçinin tərkibində olan vitaminlər sayəsində dəriyə inanımaz fayda verir. Lunar.az faydalkı bal maskalarını təqdim edir.

Yağlı dərilər üçün bal və kök maskası

Yağ dərimiz üçün lazımlıdır və bu yağ sayəsində dəridə nəmi tutar və nəticədədə dəri yumşaq qalar. Ancaq çox yağ, tozun dəri üzərində yığılaraq məsamələrin tutulmasına rəvac verər ki bu da dərinin çox parıldamasına səbəb olar. Yağı tarazlaşdırmaq üçün bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Hazırlanması:

Bir böyük qaynadılmış kök

Bir xörək qaşığı bal



Kökü əzdikdən sonra balı qarışdırın və soyuması üçün soyuducuda 10 dəqiqə saxlayın. Daha sonra üzünüzə vurub 15 dəqiqə saxlayıb ilıq su ilə dərinizi durulayın.



Quru və soyulan dəri üçün bal maskası

1 yumurta

1 xörək qaşığı bal

Yumurta və balı kasada qarışdırıb qarışımı üzünüzə sürtün. 20 dəqiqə gözlədikdən sonra, yumurta quruduqda ilıq su ilə yuyun.

Həssas dərilər üçün bal maskası


Yarım banan

1 yumurta

1 xörək qaşığı bal

1 xörək qaşığı yulaf

Yulafı, bananı əzdikdən sonra şüşə bir qaba boşaldın. Yumurtanı, balı əlavə etdikdən sonra barmaq uclarınızla bütün üzünüzə, boynunuza sürtün. 15 dəqiqə saxlayıb ilıq su ilə yuyun.

Sızanaqlara qarşı bal maskası

1 çay qaşığı yulaf

1 çay qaşığı portağal suyu

1 çay qaşığı bal



Verilənləri qarışdırdıqdan sonra barmaq ucları ilə masaj edərək üzünüzə sürtün. 15 dəqiqə saxlayıb ilıq su ilə yuyun.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ