Estetik baxımdan olduqca pis bir görünüşə səbəb olan üzdəki tüklər qadınlarda narahatlıqlara səbəb olur. Amma üzdəki istənməyən tüklərdən qurtulmağın təbii üsulları da var. Lunar.az-a istinadən asan yolla bu problemi aradan qaldıracaq reseptləri diqqətinizə çatdırır.
Ləbləbi tozu maskası
Lazım olanlar:
1 yemək qaşığı qaymaq
2 yemək qaşığı ləbləbi tozu 1 çay qaşığı sarıkök 2 çay qaşığı süd
Hazırlanması:
Bütün ləvazimatları bir qabın içərisinə qoyun. Yumşaq bir hal alana qədər qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzə sürtün və 20 dəqiqə qurumasını gözləyin. Daha sonra ilıq su ilə yuyun. Əgər üzünüzdəki tüklərdən tamamilə qurtulmaq istəyirsinizsə, bu maskanı həftədə 3 dəfə təkrarlamalısınız. Bu maska ilə həm dərinizdəki ölü hüceyrələrdən azad olacaq, həm də toksinləri atmış olacaqsınız. Maska eyni zamanda üzünüzdəki tüklərin və dəri rənginizin də açılmasını təmin edəcək.
Qarğıdalı unu maskası
Lazım olanlar:
1 ədəd yumurta ağı 1 çay qaşığı şəkər 1 çay qaşığı qarğıdalı unu
Hazırlanması:
Bütün ərzaqları qarışdırın. Sonra əldə etdiyiniz qarışımı üzünüzə vurun və 20 dəqiqə gözləyin. Zaman dolduqdan sonra ilıq su ilə üzünüzü yuyun. Bu maskanı həftədə 2 dəfə üzünüzə vura bilərsiniz.