Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Arıqlamaq istəyənlərin nəzərinə - QIZIL QAYDALAR

Arıqlamaq istəyənlərin nəzərinə - QIZIL QAYDALAR

Arıqlamaq istəyənlərin nəzərinə - QIZIL QAYDALAR


Türkiyənin tanınmış həkim-dietoloqu Oya Yüksək daim ideal çəkidə qalmaq istəyənlərə məsləhət verib.

lunar.az dietoloqun məsləhətlərini təqdim edir.

Oya Yüksəyin sözlərinə görə, insanı ən çox günorta yeməyi kökəldir: “Günorta saatlarında insanlar stressi azaldıb xoşbəxtlik hormonlarını artırmaq üçün şüuraltı olaraq dadlı qidalara meyil edirlər. Onlar yağlı, şəkərli qidalar seçirlər. Bu da kökəlməyə səbəb olur. Arıqlamaq və ya ideal çəkidə qalmaq istəyən hər kəs günorta saatlarında diqqətli olmalıdır”.

Dietoloqun sözlərinə görə, günorta yeməyi zamanı aşağıdakı nüanslara diqqət edilməlidir:

*Günorta yeməyi üçün ən ideal seçim şorbadır. Kalori baxımından güclü olmayan tərəvəz şorbalarına üstünlük vermək olar.

*Makaron və ya plov yeyəcəksinizsə, əsas yeməkdən öncə şorba içməyin.

*Ət yemək istəyənlər toyuq və balıq ətinə müraciət edə bilərlər.

*Menyunuzda mütləq salata və qatığa yer verin. Salatı yeməkdən öncə, qatığı isə sonda yemək məsləhətdir.

*Çörəyi 1-2 dilimdən artıq yeməyin. Qara çörəyə üstünlük verin.

*Yeməkdən sonra 5 dəqiqə də olsa yeriyin.








MeLeK от 6 avqust 2016 16:14
Xeber ucun tesekkurler..minetdaram..
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ