Saç gücləndirici kakao maskası üçün vəsaitlər belədir: 4 çay qaşığı kakao (tozu) 1 çay qaşığı bal ½ stəkan kefir 1 yumurta sarısı 10 damla E vitamini
Hazırlanma qaydası: Bir qabın içində kakao, bal və kefir qoyuruq, yaxşıca qarışdırırıq. Sonra yumurtanın sarısını və E vitamini əlavə edirik. Sonra hamısını birlikdə yaxşıca qarışdırırıq. Saçların çətinliklə yuyulmaması üçün yaxşıca qarışdırın. Maskanı saçların dibinə tədbiq edib, və bütün saçlara sürtün, streçlə bağlayın və 1-1,5 saat gözlədin. Saç gücləndirici bu maskanı həftədə 2 dəfə tətbiq edə bilərsiniz. Maskanın müsbət istiqamətləri çoxdur.Saçları gücləndirir, saç tökülməsini azaldır, saçları yumşaldır. Qara saçların rəngini yüngülcə çıxarır və maraqlı qəhvəyi edir. Saçları açıq rəngli olan sarışın xanımlar əgər saçlarının rənginin dəyişməsini istəmirlərsə bu maskanı istifadə edə bilərsiniz. Çünki, saç rəngi diqqətə çarpan bir şəkildə dəyişər. Ümumi olaraq saçları gözəlləşdirən faydalı bir maskadır.