Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Toyuq kroket, Kokoslu keks - "Günün menyusu"

Toyuq kroket, Kokoslu keks - "Günün menyusu"

Toyuq kroket, Kokoslu keks - "Günün menyusu"


Ərzaqlar:

Toyuq filesi – 1 qutu
Soğan – 1 ədəd
Yumurta – 1 ədəd
Suda bişmiş kartof – 1 ədəd
Duz, istiot zövqə görə

Qızartmaq üçün:
Suxarı unu, adi un, yumurta və duru yağ

Hazırlanması:
Suda bişmiş toyuq ətini blenderdən keçirin. Qaba töküb, rəndələnmiş soğanı və kartofu əlavə edin. Üzərinə duz və qara istiot töküb qarışdırın. Rulet formasında düzəldib, soyuducuya qoyun. Bir az donduqdan sonra götürüb, balaca formalarda düzəldin. Əvvəlcə adi una, sonra yumurtaya, sonda isə suxarı ununa batırıb, duru yağda qızardın.

Toyuq kroket, Kokoslu keks - "Günün menyusu"

Kokoslu keks

Ərzaqlar:
Un – 2 st.
Duru yağ – 1 st.
Yumurta – 2 ədəd
Şəkər tozu – 2 x.q.
Pudinq – 1 qutu

Üzəri üçün:
Kokos

Hazırlanması:
Unu, duru yağı, yumurtaları qaba töküb, mikserlə qarışdırın. Sonra pudinqlə şəkər tozunu töküb qarışdırmağa davam edin. Bir qaba töküb, 180 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin. Hazır olduqdan sonra üzərinə kokosu səpin.

Toyuq kroket, Kokoslu keks - "Günün menyusu"

Makaronlu şorba

Ərzaqlar:
Kərə yağı – 1 x.q.
Un – 2 x.q.
Tomat pastası – 1 x.q.
Qırmızı istiot – 1 ç.q.
Pomidor – 2 ədəd
İlıq su – 5 st.
Makaron 1 st.
Duz, nane qurusu zövqə görə

Hazırlanması:
Kərə yağını əridib üzərinə un əlavə edib qovurun. Sonra tomat pastasını töküb qarışdırın. Qırmızı istiotu və rəndələnmiş pomidorları tökün. Qarışdıra-qarışdıra ilıq suyu əlavə edin. Bir az qaynayandan sonra blenderdən keçirib, yenidən qazana əlavəe din. Üzərinə makaronu töküb yumuşalana qədər bişirin.









Miriş Soltanov от 5 mart 2016 21:07
ALLAH bizlərə Səbr Versin Birdə Yemək,Piroq Haqqında Bir Şey paylaşsan Səni Mehkemeye Verəcəm:
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ