Tərkibi: 2 yumurta 1 st. şəkər tozu 1 st. qatıq 1 st. un 100 q kərə yağı 1 ç.q. soda 1 x.q. sirkə 300 q çiyələk
Krem: 1 st. xama 3 x.q. şəkər tozu
Üzərinə: çiyələk
Hazırlanması: 2 yumurtanı 1 st. şəkər tozuyla çalın.
Yağı əridin, 1 st. qatıq, 1 st. unla birlikdə yumurtalı qarışığa əlavə edin. Mikserlə çalın. Sodanı sirkədə öldürüb xəmirə qatın. Çiyələk əlavə edib qarışdırın.
180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpüylə yoxlayın.
1 st. xama ilə 3 x.q. şəkər tozunu çalın.
Piroqu soyudub üzərinə krem çəkin. Bolluca çiyələklə bəzəyin.