Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Suzananın mətbəxindən : Novruz paxlavası

Suzananın mətbəxindən : Novruz paxlavası

Suzananın mətbəxindən : Novruz paxlavası


Novruz bayramı yaxınlaşır. Bu bayram süfrəsi paxlavasız olmaz. Bəs bu il paxlavanı hansı üsulla bişirəcəksiniz?

Buyrun baxaq

Tərkibi:
Xəmir üçün:
1 kq. un
3 yumurta
250 qr. kərə yağı
1 stəkan süd
2 xörək qaşığı xama
1 çay qaşığı quru maya
Duz

İçlik üçün:
1 kq. qoz ləpəsi
1 kq. şəkər tozu
1/3 çay qaşığı hil

Yağlamaq üçün:
400 - 450 qr. kərə yağı

Şərbət üçün:
2 stəkan şəkər tozu
1 stəkan su

Üzü üçün:
2 ədəd yumurta sarısı
Badam ləpəsi ( fındıq ya da qoz ləpəsi qoymaq olar)

Hazırlanması:
Xəmiri hazırlamaq üçün südü qaba töküb ocağın üstünə qoyun, ilıqlaşdıqdan sonra ocağı söndürün. Yağı əridin. Mayanı ilıq suda qarışdırıb köpüklənməsini gözləyin.

Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edin. Xəmiri yoğurun. Xəmirin üstünə neylon çəkin, qabı ədyala büküb 2 saat saxlayın. İçlik üçün qozu tavada qovurub qabığını təmizləyin, daha sonra qoz çəkən maşından keçirin.

Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırın.

Yuxaları yağlamaq üçün yağı əridin.

Şərbət üçün isə qaba suyu və şəkər tozunu əlavə edib 2-3 dəqiqə qaynadıb götürün.

Üzünə çəkmək üçün ayırdığınız yumurtanın sarısını bir qabda çalın.

Acıdıqdan sonra xəmiri 12 hissəyə bölün. İki kündəni böyük, qalanlarını kiçik kündələyin. Sonra unlayıb yayın. Tavanı yağlayıb yuxanı sərin. Yuxaya yağ töküb yağlayın. Hər qata 1 stəkan içlik səpin. Yenə yuxanı sərib yağlayın. Yuxalar bitənə kimi bu proseduru təkrarlayın. Axırıncı qatı yaydıqdan sonra kənarlarını düzəldin. Xəmiri romb şəklində kəsin. Yarım saat saxladıqdan sonra yumurtalayıb ortalarına qoz (fındıq və ya badam) ləpələri qoyun.

180 dərəcə qızdırılmış sobada üzü azacıq qızarana qədər bişirin. Sonra çıxarıb yağlayın. 150 dərəcədə yenidən üzü tam qızarana kimi bişirin. Çıxardıqdan sonra şərbətini tökün. Yağı bıçaqla kəsilən yerlərə tökün ki, yağ və şərbət hər yana yaxşı yayılsım.

Şərbəti tökəndən sonra sobada 3-5 dəqiqə saxlayıb götürün. Daha sonra paxlavaları tavadan tək-tək çıxarıb düz qaba yığın.








LoVe Fire от 26 fevral 2016 15:00
Paylawdigincun sagol canim.
--------------------
Prinsesa от 26 fevral 2016 15:43
Paxlavani cox sevrem tewekkur
Miriş Soltanov от 26 fevral 2016 19:47
Əllərinə Sağlıq.Gözəl Alınıb
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ