Hazırlamaq üçün lazım olan vəsaitlər aşağıdakılardır:
1 ədəd orta irilikdə (1200-1300 qram) toyuq
1kq kartof
1 ədəd baş soğan
1-2 diş sarımsaq
Duz, istiot, zövqə görə toyuq və kartof üçün olan ədviyyat
Hazırlanması:
Toyuq səliqə ilə doğranır. Bir qabda duz, istiot və ədviyyat əlavə edilib, basdırma edilir (30-40 dəq)
3 litrlik balon təmiz yuyulub qurulanır.
Balona lay-lay toyuq, kartof, soğan yığılır və balonun ağzı 2-3 qat folqa vərəqi ilə bağlanır.
Sobanın qabının üstünə dəsmal sərilir və balon üzərinə qoyulur. Sobaya qoyulduqdan sonra sobanın temperaturu 180 dərəcəyə qoyulub yandırılır. Bişirilmə 1,5 saat davam edir. Bu müddətdə sobanın qapısı açılmır. Kartofun rənginin dəyişməsindən bişdiyi məlum olur. Sobanı söndürən kimi də 15 dəqiqə gözləyib, sonra açmaq lazımdır.
Belə, hər dadı özündə qeyri –adi yeməyimiz hazırdır.
Nuş olsun!