Tərkibi: Xəmir: 125 q marqarin 2 x.q. qatıq 0,5 st. şəkər tozu 1 yumurta 0,5 paket qabartma tozu 0,5 paket vanil aldığı qədər un
40 ədəd yarım qoz qabığı (20 qozun qabığını ikiyə ayırın)
Krem: 250 q süd 1 yumurta 1 st. + 1 barmaq enində un 0,5 st. şəkər tozu 0,5 ç.q. vanil 4,5 x.q. marqarin
Üzərinə: qırmızı və sarı qida boyası şəkər tozu
Hazırlanması: Krem: Vanil və marqarindən başqa, digər ərzaqları mikserdə çalın. Ocağın üstünə qoyun, qarışdıraraq sıyıq halına gələnədək bişirin. Ocaqdan götürün, vanil əlavə edin. İlıq olanda 4,5 x.q. marqarini əlavə edib 10 dəqiqə çalın.
Xəmir: Marqarin, qatıq, şəkər tozu, yumurta, qabartma tozu, vanil və aldığı qədər unu yoğurun. Üzərini yaş dəsmalla örtüb 10 dəqiqə saxlayın.
Xəmirdən qoz boyda kündələr tutub bunları qoz qabıqlarının üstünə çəkin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.Bişmiş peçenyelərin içindən qoz qabıqlarını çıxarın. Peçenyelərin içinə krem doldurub cüt-cüt yapışdırın.
Qida boyalarını çox az suyla qarışdırın. Peçenyeləri boyayın, şəkər tozuna batırın.