Pomidorlu kotlet və burma yuxa qızartması
Kotlet:
500 qr orta yağlı mal əti
1 iri baş soğan
4x.q suxari
1 yumurta
Duz,istiot
Hazırlanması:
Çəkilib qarışdırılır və bir az saxlanır.
Mən zeytun yağı və kərəni qatıb kotletləri gur atəşdə qızartdım. İçinin bişməsi önəmli deyil. Onsuz sous içində bişəcək.
Sonra həmin tavaya bir az da kərə yağı əlavə edib qızdırın. 5 dolu x.q doğranmış pomidor, 1 x.q un qatıb qarışdırın və qızğın yağa əlavə edib qarışdırın. Yağa düşəndə kotletləri bir bir əlavə edin. Üzərinə 1 st su töküb vəm odda bişirin. Varsa 1 çimdik sarımsaq tozu, yoxdursa 1 diş sarımsaq atın içinə.
Sonda üzərinə keşniş, şüyüd, cəfəri doğrayıb tökün.
Hazır üçkünc yuxaları incə büküb yağda qızardın. Və souslu kotletlə bərabər süfrəyə servis edin. Hazır yeməyin üzərinə azca holland pendiri rəndələyin.
Çox çox ləzzətli olur. Tövsiyə edirəm.