Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Suzananın mətbəxindən : Almalı pirojkilər

Suzananın mətbəxindən : Almalı pirojkilər

Suzananın mətbəxindən : Almalı pirojkilər



Tərkibi (10 ədəd):

xəmir:

300 q un
125 q kəsmik
100 q şəkər tozu
100 ml süd
75 ml bitki yağı
1 paket qabartma tozu
vanil
1/4 ç. q. duz

iç:

4 orta boy alma
1 x.q. şəkər tozu
1 x.q. kərə yağı

İç: Tavada kərə yağını əridin, doğranmış almanı və şəkər tozunu əlavə edin. Tavanın qapağını qoyun, vam odda 3-5 dəqiqə bişirin. Ocaqdan götürün. Qapağı açın. Almanı soyudun.

Kəsmiyi süd, bitki yağı, şəkər tozu, duz, un və qabartma tozu ilə qarışdırıb xəmir yoğurun.

Xəmiri 10 yerə bölüb kündələyin.

Hər birini yayıb içinə iç qoyun, kənarlarını bitişdirin.

Perqament döşənmiş siniyə yığıb üzərinə yumurta çəkin.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!








Prinsesa от 11 fevral 2016 22:25
nefes al nefer ) bularin hamsin ozun biwirmisen?
LoVe Fire от 12 fevral 2016 14:20
Hazirlayacam:)tewekkurler paylawdigincun ..
--------------------
Miriş Soltanov от 18 fevral 2016 19:50
Sen Belə Davam Etsən Bizi Aclıqdan Öldürəcəksən.
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ