Tərkibi: Un - 2,5 stəkan Kərə yağı - 200 qr Şəkər tozu - 1,5 stəkan Qabartma tozu - 1 çay qaşığı Kəsmik - 500 qr Yumurta - 2 dənə (orta ölçüdə) Vanilin - 1 çay qaşığı Duz - 1 çimdik
Hazırlanması:
1. Yağı kiçik tikələrə doğrayın və əllərinizlə unla və 1/2 stəkan şəkər tozu ilə qarışdırın (ovuntu kimi alınmalıdır). Duz və qabartma tozu əlavə edin və yenə yaxşı qarışdırın. 2. Heyvanı yuyun, 4 hissəyə bölün, ortasını kəsin və ətçəkən maşınından keçirin (qabığı soyulmur). 3. Kəsmiyi ələkdən sıxıb, yumurta, qalan şəkər tozu və vanilinlə yaxşı qarışdırın. 4. Formaya perqament kağızı sərin, kağıza kərə yağı çəkin. 5. Formanın dibinə xəmirin yarısını tökün. 6. Xəmirin üzərinə əvvəl kəsmikli içlik, sonra isə heyvanı qoyun və səliqə ilə yayın. 7. Üzərinə qalan xəmiri tökün. 8. Piroqu əvvəlcədən 180 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin. 9. Piroq bir qədər soyuyandan sonra üzərinə şəkər kirşanı səpin.