"Toyuqlu börək"
Ərzaqlar:
Xəmir üçün:
Un - 2 stəkan
Yumurta sarısı- 2 ədəd
Duru yağ - 2 x.q
Su - apardığı qədər
Yağ - 150 qr.
duz zövqə görə
Kartof əzməsi üçün:
Kartof - 2 ədəd
Süd - yarım stəkan
Holland pendiri - 2 x.q
İç üçün:
Yumurta sarısı - 2 ədəd
Holland pendiri - 2 x.q
Toyuq əti - 500 qr.
Yaşıl noxud - 300 qram
Hazırlanması:
Unu, yumurta sarısını, su və duzu bir qabda qarışdırıb, yumşaq xəmir hazırlayın. Kənara qoyub, 20 dəqiqə saxladıqdan sonra xəmirdən yumurta böyüklüyündə kündələr hazırlayın. Onları boşqab böyüklüyündə açıb, üzərinə əridilmiş yağ sürtün. Yağlanmış xəmirləri üst-üstə üç-üç qoyub, 5 dəqiqə soyuducuda saxlayın. Sonra xəmirləri yenidən açıb, yağlayıb, yenidən soyuducuya qoyun. 10 dəqiqə qaldıqdan sonra 3 mm. qalınlığında yayın.
Bişirilmiş kartofları əzib, üzərinə yağ, süd, Holland pendiri, duz töküb qarışdırın. Dördbucaq formasında kəsdiyiniz xəmirin içinə əvvəlcə əzmədən qoyub, üzərinə xırda didilmiş toyuq ətini və yaşıl noxudu tökün. Lavaşı dörd yandan üst-üstə qoyaraq bükün. Yağlanmış tavaya düzüb, üzərinə yumurta sarısı çəkin. Böyrəklər hazır olduqdan sonra Holland pendirini sürtgəcdən keçirib, sobada 5 dəqiqə saxladıqdan sonra süfrəyə verin.