Uşaqlarınızın əylənərək və sevərək yeyə biləcəyi hot dogu əllərinizlə hazırlayın. İstədiyiniz çörək xəmiri ilə aşağıdakı şəkillərdəki formada maraqlı hot doglar düzəldə bilərsiniz.
1 st süd
1 armudu duru yağ
1 yumurta
1 çay qaşığı duz
1 x.q şəkər
1 x.q maya
Gözəyarı un
Mayalı xəmir yoğurub qoyun gəlsin. 1 saat sonra bir də yoğurub gözləyin. Kündələrə ayırın. Birini yayın və sosisi ortasına qoyub bükün. Xəmirdən Dörd kündə qopardıb uzunsov düzəldin. Ayaqları və quyruğu üçün altına, qulaqları üçün üstünə qoyun. 20 dəqiqə gözləyin bu formada da gəlsin. Zeytunla burun və göz düzəldin. Qoyun üstü qızarana qədər bişsin.