Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
GƏLİN BİR AZDA GULƏK.

GƏLİN BİR AZDA GULƏK.

GƏLİN BİR AZDA GULƏK.





İşsiz qalan bir həkim uzun müddət iş tapa bilmir və şəxsi klinikasını açmaq qərarına gəlir. Klinikanın girişində belə bir elan yerləşdirilir: "Xidmət haqqı 25 manat. Kömək edə bilməsək sizə 50 manat geri qaytaracağıq”.
Yoldan keçən bir şəxs bu elanı gördükdə vəziyyətdən istifadə etmək və fırıldaqçılıq edərək bir qədər pul qazanmaq qərarına gəlir.
– Salam, bilmirəm məndə nə baş verib, yediklərimin dadını hiss edə bilmirəm. Hər şey eyni dadır, hər şey dadsızdır…
Tibb bacısı, zəhmət olmasa 22 №-li, içərisində sirop olan bağlamanı xəstəyə verin.
– Belə, zəhmət olmasa ağzınızı açın…

– Tfuu… bu ki, benzindir!
Təbrik edirəm, siz artıq dad hiss edirsiniz. Sizdən 25 manat.
Həmin şəxs əsəbə boğulsa da, hesabı ödəyir. Lakin bunun üzərindən bir neçə gün keçdikdən sonra yenidən klinikaya qayıdır.
– Salam, mən yaddaşımı itirmişəm, mənə kömək edin…
– Tibb bacısı, zəhmət olmasa 22 №-li, içərisində sirop olan bağlamanı gətirin və xəstəyə verin.
– Ağzınızı açın, zəhmət olmasa…
– Axı bu benzindir!
– Təbrik edirəm, siz yaddaşınızı yenidən bərpa etdiniz. Sizdən yenə 25 manat.
Daha da əsəbləşən fırıldaqçı pulu ödəyir və yenə bir neçə gündən sonra klinikaya qayıdır:
– Salam, mən görmə qabiliyyətimi itirmişəm, zəhmət olmasa mənə kömək edin…
– Təəssüf edirəm, biz bu məsələdə sizə kömək edə bilməyəcəyik. Buyurun bu da sizə vəd etdiyimiz 50 manat.
– Axı burada yalnızca 25 manat!
– Təbrik edirəm, siz artıq görürsünüz, sizdən 25 manat!








Sadiqov от 18 avqust 2016 10:58
Bu metotlari sinaqdan kecirmek lazimdir
:rofl_mini:
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ