Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Tiramisu

Tiramisu

Tiramisu


Tiramısu hazırlamaq üçün lazım olan ərzaqlar:

3 ədəd yumurta
100 qr şəkər tozu
200 qr maskarpone pendiri ( yağsız qaymaq)
20 ədəd savoyardi ( tiramisu peçenyesi)
kakao və qəhvə

Hazırlanma qaydası:

Tiramısunun əsas atributları maskarpone pendiri və savoyardidir. Bu ərzaqlar artıq bütün mağazalarda satışdadır. Əgər maskarpone pendiri tapmasanız, uzun illər hamimizin iran qaymağı kimi tanıdığımız qaymaqdan istifadə edə bilərsiniz. Keçək hazırlanma qaydasına:

1. Öncə yumurtaların ağını sarısından ayırın. Yumurtaların ağını mikserlə 15 dəqiqə çalın. Qarışım beze halına gəlməlidir və qabı əyəndə tökülməməlidir. Sonra yumurtanın sarısı ilə şəkər tozunu mikserlə qarışdırın. Şəkər tozu tam əriyəndən sonra üzərinə maskarpone pendirini əlavə edib, qarışdırın. Daha sonra bezeni də qaşıq-qaşıq kremə tökün. Krem hazırdır.

2. 1 x/q qəhvəni 1 stəkan suda həll etdikdən sonra kasaya tökün. Savoyardiləri bu sousa batırıb, tiramisunu hazırlayacağınız qabın dibinə düzün. Üzərinə krem sürtün. Bu prossesi yenidən təkrarlayın ki, tort 2 qat olsun.

3. Kremin üzərinə ələklə kakao səpin. Kakao keyfiyyətli olmalıdır ki, tiramisu yeyilərkən dadı acı olmasın.

Bir müddət soyuducuda saxladıqdan sonra tiramısunu süfrəyə vermək olar.

NUŞ OLSUN!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ