Tərkibi:
xəmir:
1 st. xama
1,5 st. un
0,5 banka qatılaşdırılmış süd
1 st. şəkər tozu
1 paket qabartma tozu
2 yumurta
5 x.q. kakao tozu
krem:
500 q 35%-li qaymaq
0,5 banka qatılaşdırılmış süd
əlavə:
5 banan
1 banka bişmiş qatılaşdırılmış süd
Hazırlanması:
Un, qabartma tozu, kakaonu qarışdırın, xama, yumurta, qatılaşdırılmış süd əlavə edib səliqəylə qarışdırın. Yağlanmış formaya töküb çörəkbişirəndə "Piroq" rejimində 1 saat bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Çiy qalıbsa, daha 10-15 dəqiqə bişirin.
Kombayndan çıxarıb otaq temperaturunda 8-12 saat saxlayın.
Korjun kənarları bütöv qalmaq şərti ilə içini oyun.
Korjun içinə və divarına bişmiş qatılaşdırılmış süd çəkin.
Bananları təmizləyib korjun içinə düzün.
Qaymağı qatılaşdırılmış südlə qatılaşanacan çalın. Əgər qatılığı xoşunuza gəlmirsə, qaymaq qatılaşdırıcısı vurun. Bu kremi bananların üstündən təpəcik kimi qoyun.
Korjun içindən çıxardığınız hissəni ovun, qaymaqlı kremin üstünə çəkin. Üzərini giləmeyvə və nanə yarpağı ilə bəzəyə bilərsiniz.
Nuş olsun!