Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Suzananın mətbəxindən : Ağzıaçıq boğça

Suzananın mətbəxindən : Ağzıaçıq boğça

Suzananın mətbəxindən : Ağzıaçıq boğça


Tərkibi (5 pay):

xəmir:
200 q otaq temperaturunda marqarin və ya kərə yağı
0,5 armudu st. bitki yağı
1 armudu st. qatıq
1 yumurtanın sarısı
1 ç.q. duz
1 ç.q. mahlep
1 paket qabartma tozu
un (aldığı qədər)

iç:
250 q ağ pendir
0,5 dəstə cəfəri
1 yumurta
istiot

Marqarini və ya kərə yağını, bitki yağını, qatığı, yumurta sarısını, mahlebi və duzu qarışdırın. Qabartma tozu və un əlavə edib yumşaq xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib 10 dəqiqə saxlayın.

Yumurtanın ağını sarısından ayırın.
Pendiri sürtgəcdən keçirin, cəfərini xırda doğrayın, yumurta ağı və qara istiotla qarışdırın.

Xəmirdən yumurta böyüklükdə kündələr tutun, əlinizin içində yastılayın. İç qoyun, ağzını bükür, amma ortasını bir qədər açıq saxlayın.

Hazırladığınız boğçaları yağlanmış siniyə düzün, üstünə yumurtanın sarısını çəkin. Əvvəlcədən 170 dərcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!








Delibal от 30 aprel 2016 14:47
dadlı gorunur təşəkkürlər xəbər üçün
Inara от 30 aprel 2016 19:59
xeber ucun tesekurler
BANDITKA от 30 aprel 2016 21:31
Qeweng gorunur resepti goturdum tewekkurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ