Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dilimli alma piroqu

Dilimli alma piroqu

Dilimli alma piroqu



Tərkibi (8 pay):

xəmir:

150 ml süd
1,5 ç.q. quru maya
1 yumurta
1 x.q. xama
1,5 x.q. şəkər tozu
0,5 ç.q. duz
50 q kərə yağı
370 q un

iç:

3 orta boy alma
40 q qəhvəyi şəkər tozu
0,5 ç.q. darçın
bitki yağı (formanı yağlamaq üçün)

İsti süddə mayanı əridin. Şəkər tozu, duz, xama, yumurta və əridilmiş kərə yağını əlavə edin, yaxşıca qarışdırıb ələnmiş un qatın, xəmir yoğurub üzərinə dəsmal çəkin, isti yerdə 25-30 dəqiqə saxlayın.
Qəhvəyi şəkər tozunu darçınla qarışdırın. Almaları yuyun, cecəyini çıxarıb dilimləyin. Hər dilimi darçınla şəkər qarışığına batırın.
25-30 dəqiqə sonra xəmirin həcmi artmalıdır. Gəlmiş xəmiri təxminən 0,7 sm qalınlıqda yayın. Dairələr kəsin. Hər birinin üzərinə bir dilim qoyun. Xəmirin kənarlarını qaldırıb bitişdirin. Bitki yağı çəkilib perqament döşənmiş formaya (d=26 sm) dairə boyu yanaşı düzün. Orta hissədəki dairəyə almanın yarısını qoyub bükün. Şəkər tozuyla darçın qarışığının qalanını üzərinə səpin.
15 dəqiqə isti yerdə saxlayın. Dilimlər şişəndən sonra əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızarıncayadək bişirin.
Hazır piroqun üzərinə şəkər pudrası səpə bilərsiniz. Bu piroqu doğramaq lazım gəlmir, dilimlər rahatca bir-birindən ayrılır.

Nuş olsun!








LoVe Fire от 25 aprel 2016 14:59
Tez tez hazirlayiram asan oldugu ucun))tewekkurler resepte gore.
--------------------
BANDITKA от 25 aprel 2016 16:43
resepti goturdum tewekkurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ