Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Portağallı keks resepti

Portağallı keks resepti

Portağallı keks resepti

Payız-qış mövsümünün sevilən meyvələrindən olan portağal şirniyyatlara da xüsusi dad verir. Odur ki hər hansı bir keksə təzə sıxılmış bol vitaminli portağal şirəsi əlavə edərək fərqli bir dada sahib portağallı keks hazırlaya bilərsiniz. Belə bir keks kiçikdən-böyüyə hər kəsin çay süfrəsində arzu etdiyi bir şirniyyatdır.

Tərkibi:
1 stəkan şəkər tozu
3 ədəd yumurta
1 stəkan süd
1 stəkan təzə sıxılmış portağal şirəsi
Yarım stəkan günəbaxan yağı
3 stəkan un
1 paket qabartma tozu
Az miqdarda darçın


Hazırlaması:
Əvvəlcə 3 ədəd yumurta ilə 1 stəkan şəkər topzunu köpüklənənə qədər yaxşıca çalın. Lazım olan qədər çaldıqdan sonra qarışımın üzərinə 1 stəkan südü və meyvə şirəsi də əlavə edib, mikser vasitəsi ilə çalmağa dava edin. Daha sonra qabartma tozu və günəbaxan yağını da əlavə edib, yavaş-yavaş un qataraq qarışdırmağa davam edin. Ən sonda darçın əlavə edib 180 dərəcə temperaturlu sobaya qoyub, keksinizi bişirin.

Keksin üzərinə zövqə görə şəkər kirşanı da səpə bilərsiniz.









Nutella от 12 января 2016 20:21
dadli gorsenir hazilamaq olar
Suzana от 12 января 2016 22:04
diyetdeyem yene ne sisidirsen meni ))
--------------------
Princess от 6 июня 2016 10:55
Tesekkurler.
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ