Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İçi kremli şokoladlı maffinlər

İçi kremli şokoladlı maffinlər

İçi kremli şokoladlı maffinlər


Tərkibi (6-8 pay):

300 q un
2 yumurta
160 q şəkər tozu
150 q ərinmiş kərə yağı
170 ml süd
2 x.q. kakao
2 ç.q. qabartma tozu
1/2 ç.q. soda
1 çimdik duz

bişmiş krem:
2 yumurtanın sarısı
20 q şəkər pudrası
20 q un
200 ml süd
20 q şəkər tozu
1 paket vanilli şəkər tozu

Öncə kremi hazırlayın:
Yumurta sarılarını şəkər pudrası və unla qarışdırın.
Südlə şəkər tozunu qaynadın. İsti südü yumurta qarışığının üzərinə əlavə edin, bu zaman onu dayanmadan qarışdırın ki, yumurta bişməsin. Qarışığı yenidən qazana töküb vam odda 5-8 dəqiqə, qatılaşınca bişirin.

Xəmir:
Bir qabda xəmir üçün olan quru ərzağı qarışdırın. Digər qabda yumurtanı südlə çalın, ərinmiş yağ qatıb qarışdırın. Quru qarışığa qatıb qaşıqla qarışdırın. Çalışın, lopa qalmasın.
Formaların içinə qaşıqla xəmir qoyun, üzərinə azca krem qoyub üzərini yenə xəmirlə örtün (çalışın, bunlar formadan daşmasın).
200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin.
Əgər çox yumşaq maffinləri sevirsinizsə, bişib soyuduqdan sonra ağzı kip qapanan qabda saxlayın.

Nuş olsun!








Suzana от 22 aprel 2016 18:28
Buyrun hazirlayin gorek getirin yiyek )))))
--------------------
MeLeK от 24 sentyabr 2016 08:58
Paylasim ucun tesekkurler minnetdaram...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ