Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hörüklü alma piroqu

Hörüklü alma piroqu

Hörüklü alma piroqu



Tərkibi (10 pay):

600 q un
4 x.q. şəkər tozu
1 ç.q. darçın
1 çimdik duz
20 q təzə maya
200 ml süd
2 yumurta
2 x.q. bitki yağı
4 alma
0,5 limonun şirəsi

Mayanı isti süddə əridib 2 x.q. şəkər tozu və 100 q un əlavə edin. Yaxşıca qarışdırın, üzərinə dəsmal çəkib isti yerdə 30 dəqiqə saxlayın.
Unu təpəcik kimi ələyin, ortasında çala açın, içinə bitki yağı, yumurta, duz və baratanı əlavə edib xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerdə 1 saat saxlayın.
Xəmiri iki bərabər kündəyə bölüb 5-8 mm qalınlıqda oval yayın.
Almaları yuyub qabığını soyun, cecəyini çıxarın, xırda kubik doğrayın, üzərinə limon şirəsi gəzdirin, şəkər tozu və darçınla qarışdırın.
Perqament qoyulmuş siniyə xəmirin birini döşəyin. İçi üzərinə qoyub bərabər yayın.
İkinci yaydığınız xəmirin üzərində kənarlardan 3 sm yer qoyaraq paralel kəsiklər edin. Bunu almanın üzərindən qoyun və "hörməyə" başlayın. Aşağıdan-yuxarıya hörmək daha rahat olur. Bir şəridi o birinin üzərinə qoyun, "ilmə" alınır, ikinci şəridi onun altından çıxarıb üçüncünün üzərinə qoyun, üçüncünü ikincinin altından çıxarıb dördüncünün üzərinə qoyun... və bu qayda ilə yuxarıyadək gedin. Sonuncu "ilməni" elə yuxarıda qatlayın.
Piroqun kənarlarını bərkidib 40 dəqiqə saxlayın. Üzərinə çalınmış yumurta çəkib əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
Sobadan çıxarıb bir qədər soyudun, doğrayın.

Nuş olsun!








BANDITKA от 18 aprel 2016 17:35
Reseptin goturdum tesekkurler
asif.abasov от 18 aprel 2016 20:48
maraqli xebere gore cox saol.Sen bizi wiwirdessen bu wirniyyat xeberleri ile))
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ