Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Rus şarlotkası resepti - FOTO RESEPT

Rus şarlotkası resepti - FOTO RESEPT


Rus şarlotkası resepti - FOTO RESEPT

Tərkibi:
6 yumurta
150 q un
300 q şəkər tozu (150 q - biskvitə, 150 q - mussa)
600+300 q çiyələk (muss və bəzək üçün)
400 ml 35%-li qaymaq
jelatin paketi (600 ml maye üçün)
2 x.q. limon şirəsi
vanilli şəkər
(23 sm diametrli forma)

Hazırlanması:
Biskvit (23 sm diametrli əsas və 24 ədəd savoyardi üçün): Yumurta ağlarını sarılarından ayırın. Yumurta sarılarını 100 q şəkər tozu ilə qatı ağ krem alınınca çalın, unun yarısını qatın.
Yumurta ağlarını möhkəm çalın, 50 q şəkər tozu əlavə edib parıldayıb möhkəm köpük əmələ gətirənədək çalın.
Hər iki kütləni ehtiyatla qarışdırıb, unun qalanını qatın. Hazır xəmiri qənnadı torbasına doldurub perqamentin üzərinə barmaq uzunluqda sıxın (24 ədəd). "Barmaqların" üzərinə şəkər tozu və ya pudra səpin. Xəmirin qalanını içinə perqament döşənmiş 23 sm diametrli formaya tökün. Hər ikisini 180 dərəcədə bişirin: "barmaqları" 13 dəqiqə, qızılı rəng alınca, biskviti isə 25 dəqiqə.

300 q çiyələyi blenderdə xırdalayıb ələkdən keçirin, yerdə qalan 150 q şəkər tozunu əlavə edin.
Jelatini azacıq suda isladıb 10 dəqiqə saxlayın. Sonra üzərinə 2 x.q. limon şirəsi töküb qızdırın (qaynatmaq olmaz), qarışdırın, ocaqdan götürüb azca soyudun, sonra giləmeyvə püresinə əlavə edin. 20 dəqiqə saxlayın (qatılaşacaq). Bu müddətdə 300 q çiyələyi doğrayın, qaymağı çalın.
Çalınmış qaymaqlı doğradığınız çiyələyi giləmeyvə püresilə qarışdırıb qatılaşması üçün soyuducuda 30 dəqiqə saxlayın.
Vanilli şərbət: 3 x.q. vanilli şəkəri 5 x.q. isti suda əridin. Bu şərbəti biskvitə və savoyardilərə hopdurun. Kənarları açılan formaya biskviti qoyun, muss qatılaşan kimi biskvitin üzərinə tökün. Yenidən soyuducuda yarım saat (ən yaxşısı - bir saat) saxlayın.
Formanın kənarını açın, şarlotkanı boşqaba qoyun. Kənarına savoyardiləri düzün, qəşəng görünməsi və dağılmaması üçün lentlə sarıyın.
Üzərini çiyələklə bəzəyin.








BANDITKA от 18 aprel 2016 18:17
Qeweng gorunur tewekkuler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ