Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Asan şokoladlı dondurma resepti

Asan şokoladlı dondurma resepti

Asan şokoladlı dondurma resepti


Tərkibi:
2 stəkan süd (yağlı və ya yağı az ola bilər, amma yağlı olsa daha ləzzətli olar)
1 konserv bankası (390 qramlıq) qatılaşmış süd (squshennoye moloko)
3 xörək qaşığı tünd şəkərsiz kakao (şirin kakao tozu vursanız dondurmanız həddindən artıq şirin olar)
1 xörək qaşığı qarğıdalı nişastası

Hazırlanması:
Balaca qazana süd və kakao tozunu qoyun. Orda odda dəyanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin. Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazana oddan kənara çəkin.
Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin.
Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən orda oddan dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir). Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.
Qazanı kənara çəkin. Alınan kütləni soyuğa dayanaqlı bir qabın içinə boşaldın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın. Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın. Dondurmanı buzşuğa qoyun və tamamilə donmasını gözləyin. Dondurmanız hazırdır.

Nuş olsun!









BANDITKA от 17 aprel 2016 21:55
Cox qeweng gorunur tewekkurler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ