Tərkibi:
1 stəkan şəkər pudrası (tozu deyil!)
1/3 stəkan çəkilmiş badam (toz kimi olmalıdır)
1/4 stəkan kakao tozu (şirin olmasın! acı olandan istifadə edin)
4 iri yumurta ağı – otaq hərarətində (30 dəqiqə əvvəlcədən soyuducudan çıxardın)
bir çimdik duz
1/2 stəkan şəkər tozu
1/2 çay qaşığı vanil ekstraktı (yoxdursa, bir çimdik vanil tozu)
1/2 stəkan şirin kokos lopaları (bunlardan biriylə də əvəz edə bilərsiniz: xırda-xırda doğranmış aci-şirin şokolad və ya qoz və ya badam)
Hazırlanması:
Sobanı 150C-dək qızrıdın. Soba listinin dibinə kalka kağızı sərin.
Bİr qabda şəkər pudrası, çəkilmiş badam və kakaonu qarışdırın. Ayrı qabda yumurta ağına bir çimdik duz elavə edib bir az köpüklənənədək mikserlə çalın (QEYD: qabı yaxşıca qurulayın!). Sonra şəkər tozunu az-az yumurtaya əlavə edib kütlə bərkiyənədək çalın. Vanil elavə edib bir az da çalın ki, qarışsın.
Sonra rezin spatulayla (yoxdursa adi qaşıqla) kənara qoyduğunuz quru qarışığı yumurtaya əlavə edib, yavaşca və zərif hərəkətlə qarışdırın. Çox və bərk-bərk qarışdırmayın ki, kütlənin şişi çox yatmasın.
Alınan kütlədən bir dolu xörək qaşığı götürüb listə qoyun. Kütlə qurtarana kimi merengileri bir birilərindən bir qədər aralıqda listə qoyun. 10 dəqiqə ərzində SOBANIN QAPISINI AÇMADAN bişirin. Sonra isə listi çıxartmadan hərarəti 100C-yə gətirərək 1 saat ərzində bişirin. Sobadan çıxardın. Qoyun merengilər listin içində bir az soyusun. Sonra listdən çıxardın.
Nuş olsun!